Mehriban Əliyeva rekorda imza atan qalib atletimizi təbrik etdi - FOTO

Mehriban Əliyeva rekorda imza atan qalib atletimizi təbrik etdi -  FOTO backend

"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!".

Qazilər.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində yazıb.

Qeyd edək ki, para-atletimiz Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. İdmançımız nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.

51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

Diaspora