Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verdi

Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verdi backend

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Qazilər.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.