Amerikada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a bildirilib ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvləri Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən “Yuta–Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib.