“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatdı

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatdı backend

“Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək göstərən işəgötürənlərin sayı artıq 443-ə çatıb. 

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazirlik tərəfindən başladılan marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si özəl müəssisələrdir.

 

Onlar tərəfindən marafona 2 003 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 543-ə çatıb ki, onlardan 439-u qazi, 104-ü şəhid ailəsi üzvləridir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

 

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.