Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olublar

Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olublar backend

Latın Amerikasından olan media nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olublar və Komitə sədrinin müavini Vaqif Seyidbəyovla görüşüblər.

Komitədən Qazilər.az-a verilən məlumata görə, görüşdə Meksikanın nüfuzlu KİV-indən olan “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın geniş izləyici kütləsinə malik “Impacto Mundo” telekanalının aparıcısı, ölkənin ən nüfuzlu siyasi xəbər agentliklərindən olan “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi Rikardo Sançes, Perunun nüfuzlu “La Razon” qəzeti və “Prensa21” xəbər portalının rəhbəri Karlos Linares Uarinqa iştirak ediblər.

V.Seyidbəyov Komitənin və diaspor təşkilatlarının fəaliyyəti, dünya ictimaiyyətinin ölkəmizlə bağlı məlumatlandırılmasında diasporun rolu, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Xarici jurnalistlərin Azərbaycan diasporunun təşkilatlanmasının formaları, yayım coğrafiyası, yumşaq gücə çevrilmə imkanları, diaspor gəncləri və diaspor qadınları ilə bağlı layihələr, eləcə də bir sıra digər məqamlarla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, görüşdə iştirak edən xarici jurnalistlər təmsil etdikləri media orqanlarında mütəmadi olaraq ölkəmizə dair aktual mövzularla çıxış edib, Qarabağ hadisələrini obyektiv işıqlandırmağa çalışıblar.