Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85632 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27515 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6335305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3830650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2504655 təşkil edir.