Dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Dolu düşəcək, çaylardan sel keçəcək -  Xəbərdarlıq backend

Avqustun 26-27-də gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi dağlıq rayonlarında yağışın intensivləşəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.