Həssas qruplara aid şəxslərə özəl sektorların dəstəyi

Həssas qruplara aid şəxslərə özəl sektorların dəstəyi backend

Ölkəmizdə həssas əhali qrupları ilə bağlı sosial dəstək işlərində özəl sektor da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində sosial məsuliyyət, həmrəylik prinsipindən öz töhfələrini verir. Sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir.

Qazilər.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Son illərdə “Azərmaş” ASC və “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Həmçinin “Paşa Holdinq” II Dünya müharibəsində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edib.

Bununla bərabər, “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə dəstək tədbirlərinin davamı kimi, 10 ədəd mühərrikli təkərli oturacaq alınaraq bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Qeyd olunanlar özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin uğurlu nümunələrindən biridir.

Diaspora