Türkiyəyə göndərilən daha 7 qazimiz sağalaraq Vətənə geri dönüb - FOTO

Türkiyəyə göndərilən daha 7 qazimiz sağalaraq Vətənə geri dönüb -  FOTO backend

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Mehtiyev Namiq Mureddin oğlu
2. Həsənov Bəxdiyar Dilqəm oğlu
3. Əliyev Cahangir Gülbala oğlu
4. Hüseynov Tural Araz oğlu
5. Babayev Elnur Əlihüseyn oğlu
6. Cavadzadə Fuad Sənani oğlu
7. Atakişiyev Rəşad Nazim oğlu

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Qeyd edək ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.