“Ermənistan beynəlxalq konvensiyaları kobud surətdə pozaraq piyada əleyhinə minalar istehsal edir”. QAZİLER.AZ bildirir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bu gün keçirdiyi mətbuat konfransında deyib.
H. Səfixanovun sözlərinə görə, bir müddət öncə İrəvanda keçirilən sərgidə yerli istehsal olan minalar nümayiş etdirilib, Ermənistanın dövlət rəsmiləri də bu minalarla tanış olublar: “Ermənistanın mina istehsal etməsi beynəlxalq qanunlara ziddir. Fakt üzrə araşdırmalar aparırıq. Çalışacağıq ki, Ermənistanın bu addımıBMT-nin Minalar Əleyhinə qəbul edəcəyi builki hesabatına salınsın”.