Qazilərin hansı imtiyaz və sosial təminat hüquqları vardır?

Qazilərin hansı imtiyaz və sosial təminat hüquqları vardır? backend

Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslərin hansı imtiyaz və sosial təminat hüquqları vardır?

Birdəfəlik sığorta ödənişi - Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800 manat, 6 600 manat və 4 400 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);
Prosedur: Əlilliyi müəyyən olunmuş şəxs əlillik dərəcəsi barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışını (dərəcə və səbəb göstərilməklə) (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim etdikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.

Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (əlillik dərəcəsinə uyğun 400 manat, 350 manat və 300 manat məbləğində, əlavə olaraq, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Təyinat elektron qaydada aparılır.

Əlilliyə görə pensiya (aylıq) – I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə isə sığorta stajına əsasən hüquqları yarandıqda əlilliyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Təyinat elektron qaydada aparılır.

Əlilliyə görə müavinət (aylıq) – əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan şəxsə 130, III dərəcə əlilliyi olan şəxsə 110 manat məbləğində müavinət ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Təyinat elektron qaydada aparılır.

Mənzil təminatı – 1 yanvar 2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır;
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilmə həyata keçirilir.

Avtomobillə təminat – müharibə əlilləri növbəliliik qaydasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz olaraq nəqliyyat vasitəsi ilə təmin olunurlar.
Prosedur: Bu şəxslər qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət edirlər, sonra isə səhiyyə müəssisəsi elektron formada göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Sanatoriya-kurort müalicəsi – Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslər tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə

Reabilitasiya vasitələri ilə təminat– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil arabası da daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlərlə təmin olunurlar;
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə

Reabilitasiya xidmətləri – bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursları keçirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində);
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə

Psixoloji dəstək - Müharibə əlillərinə post müharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müraciəti əsasında

Təhsil – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).

Özünüməşğulluğun təşkili: Müharibə əlillərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.

Haqqı ödənilən ictimai işlər: Müharibə əlillərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə əlillərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Kvota üzrə iş yerlərində işlə təmin edilmə: Müharibə əlillərinin ən qısa zamanda növbədənkənar bu işlərə cəlb edilməsi təmin edilir;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Kvotadan əlavə iş yerlərinin yaradılması: Müharibə əlillərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi; 
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Müharibə əlilləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracitə etməlidir.

Əlavə - Müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

 

Mənbə: www.sosial.gov.az