Dalaman hava limanı yaxınlığındakı meşə yanğını söndürülüb.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlu bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində aeroportda hər hansı bir problem yaşanmayıb.
17:45
Türkiyədə Dalaman hava limanı yaxınlığında yeni meşə yanğını ocağı meydana gəlib.
Bu barədə TRT məlumat yayıb.
Məlumata görə, Muğla vilayətindəki şəhər aeroportunun uçuş-eniş zolağından 400-500 metr məsafədə yerləşən meşə zolağında baş verən yanğın hava limanının fəaliyyətinə təsir etməyib.
Hazırda yanğının lokallaşdırılması üçün qurudan və havadan müvafiq fəaliyyət həyata keçirilir.