Kondisioner bu xəstəliklərə səbəb olur - Xəbərdarlıq

Kondisioner bu xəstəliklərə səbəb olur -  Xəbərdarlıq backend

Kondisionerlərdən yayılan soyuq və quru hava bədən müqavimətinin azalmasına, yuxarı və aşağı tənəffüs yollarında bəzi infeksiyaların inkişafına yol açır. Ağciyərdə problem yaradır. Müalicə aparılmasa, ölümə səbəb ola bilər.

Qaziler.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq ediblər.

"COVID-19-la əlaqədar maskalardan istifadə nəfəs almağımızı çətinləşdirir. İsti havada köməyimizə gələn kondisionerlərin fiziki təsirlərindən asılı olaraq, ani temperatur dəyişikliyi və həddindən artıq soyuq hava səbəbindən bəzi narahatlıqlar yaranır. Kondisionerdən çıxan toz allergiyası və astması olan insanların narahatlığa, şiddətli quru öskürəyə səbəb ola bilər. Üzdəki sinir qabığına təsir edərək əzələ ağrısı və əzələ sərtliyinə, ödəm və üz iflicinə səbəb olur", - həkimlər bildiriblər.

Mütəxəssisələrin sözlərinə görə, viruslar, bakteriyalar və göbələklər zamanla daim nəm olan kondisioner filtrlərində inkişaf edə bilər. Kondisionerlərin filtr sistemlərində müntəzəm olaraq təmizlənməyən və saxlanılmayan mikroorqanizmlər kondisionerlər açıldıqda içəriyə yayılaraq tənəffüs yollarının infeksiyasına səbəb olur.

Kondisionerlərin saxlanması və təmizlənməsi hər il aparılmalıdır. Filtrlər dəyişdirilməlidir. Bakteriya filtrindən istifadə edilməlidir. Ətraf mühitin həddindən artıq soyumamasına diqqət yetirilməlidir. İdeal temperatur 21-23 dərəcədir. Rütubəti təmin etmək üçün rütubət balansını qoruyan kondisionerlərə üstünlük verilməlidir. Ətrafdakı ideal rütubət 40-60% arasında olmalıdır. Kondisionerlərdən müntəzəm nümunələr götürülməli və mütəmadi olaraq laboratoriyada yoxlanılmalıdır. Kondisionerdən istifadə edərkən kondisionerin birbaşa küləyinə məruz qalmamalı, qarşısında oturulmamalıdır. Kondisionerlər temperaturu müəyyən fasilələrlə tədricən azaldaraq istifadə edilməlidir.