Azər Cəfərli icra başçısının birinci müavini təyin edildi

Azər Cəfərli icra başçısının birinci müavini təyin edildi backend

Biləsuvar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, müvafiq sərəncamla icra başçısının birinci müavini Xanlar Məmmədov vəzifəsindən azad edilib.

Digər sərəncamla Azər Cəfərli Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.

Qeyd edək ki, A.Cəfərli bu təyinatadək Mübariz İbrahimov adına Biləsuvar liseyində direktor müavini vəzifəsində çalışıb.

Diaspora