Qazilər Ali Məhkəmədə - FOTO

Qazilər Ali Məhkəmədə - FOTO backend

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Azərbaycan Respubilkasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə qazilərin hüquqi maarifləndirilməsi yönümündə Ali Məhkəmədə info-tur keçirildi.

Qazilər.az xəbər verir ki, info-turda Ali Məhkəmənin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak ediblər.

İnfo-turda çıxış edənlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə həyata keçirdikləri uğurlu fəaliyyətədən, hüquqi maarifləndirmənin əhəmiyyətindən söz açıblar.

İnfo-turla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərimizin hüquqi maarifləndirilməsini vacib hesab edərək, Ali Məhkəmə rəhbərliyi ilə birlikdə 30 qazinin hüquqi dinləməsini həyata keçiriblər.