Bu gün Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovu qəbul edib.
Yenisabah.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Rusiya sülhməramlı hissəsinin rəhbəri Karapetyanı yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Tərəflər Rusiya Federasiyasının sülhməramlı missiyası, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.