Son sutkada peyvənd olunanların sayı açıqlanıb

Son sutkada peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 021 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 087 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 187 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 013 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 173 808 təşkil edir.