Kürdəmirdə şəhid bulağının tikilməsinə kimlər etiraz edir? - VİDEO

Kürdəmirdə şəhid bulağının tikilməsinə kimlər etiraz edir? -  VİDEO backend

Kürdəmirdə şəhid ailəsinin bulaq tikdirdiyi yerə kimlərsə tərəfindən müdaxilə edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar və görüntülər yayılıb.

Videolarda şəhidin adına inşa olunan bulağın ətrafındakı bəzəklər yerə atılıb. İddia edilib ki, həmin addımlar bulağın tikintisinə maneə törətmək üçün atılıb.

Oxu.Az saytı Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən bildirilib ki, qurum tərəfindən şəhid ailəsinin bulaq tikmək istədiyi yerə heç bir müdaxilə edilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov isə bildirib ki, çəkilən video hüquq mühafizə orqanları tərəfindən araşdırılır: “Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Diaspora