Keçmiş döyüşçünün sizin köməyinizə ehtiyacı var! - FOTO

Keçmiş döyüşçünün sizin köməyinizə ehtiyacı var! -  FOTO backend

44 günlük Vətən müharibəsində ilk gündən döyüşlərə qatılan igid oğullarımızdan biri də Yusifov Araz Nizami oğlu olub. İlk gündən Cəbrayıl istiqmaətində döyüşlərə qatılan Araz daha sonra Füzuli və Xocavənd rayonunun azad olunması uğrunda döyüşlərdə fədakarlığı ilə seçilib. 

Oktyabrın 7-də Hadrut uğrunda gedən döyüşdə ağır yaralanan Araz müalicəsini yarınmçıq saxlayaraq oktyabrın 19-da Şuşa istiqamətində gedən döyüşlərə yollanıb.

O, döyüşlərdə göstərdiyi xüsusi fərqlənməyə görə 3 dərəcəli medalla təltif olunub. Həmçinin, Azərbaycan Respublikasının Hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” “Füzulinin azadolunmasına görə” Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə leytenant Yusifov Araz Nizami oğlu medallarla təltif olunub.

Qazimizin qardaşı Yusifov Bahadur Nizami oğlu kəskin Leykozdan (Qan xərçəngi) əziyyət çəkir.

Hazırda Bahadur Yusifovun vəziyyəti ağırdır və çox təcili ilik köçürmə əməliyyatı olunmalıdır. Lakin onun ailəsinin və yaxınlarının əməliyyat üçün maddi imkanı yoxdur. 

Qeyd edək ki, əməliyyatın məsrəfi 180.000 manat AZN təşkil edir. İmkanı olan şəxslərdən Bahdur Yusifova kömək etmələrini xahiş edirik. (redaktor.az)

Kapital Bank

5103-0714-8030-3821

Bahadur Yusifov,

Kartın bitmə tarixi: 04/24

Əlaqə nömrələri: 050-331-65-81, 050-392-77-55

Diaspora