FHN-nin yanğınsöndürənləri Türkiyə mediasında: "Azəri vətən övladlarına baxın və utanmayın..." - VİDEO

FHN-nin yanğınsöndürənləri Türkiyə mediasında:  "Azəri vətən övladlarına baxın və utanmayın..." - VİDEO backend

Türkiyəyə köməyə gedən FHN-nin yanğınsöndürən və xilasedici qrupu Türkiyə mediasının obyektivinə danışıb.

Qazilər.az xəbər verir ki, azərbaycanlı xilasediciləri görüntüləyən agentlik vəziyyətlə bağlı onların fikirlərini də alıb:

“Vəziyyət çox pisdir, amma hər zaman türk qardaşlarımız üçün əlimizdən gələni edərik. Bura öz məmləkətimizdir, yad deyilik. İnşallah yaxşı olacaq!” –  Kamil Dilavərov deyib.

Xəbərə gələn şərhlərdə, Azərbaycanın dəsətəyinə sevinib dualar ediblər. Həmçinin dar gündə Türkiyəni tək qoyanlara azərbaycanlıları göstərərək “Bu ölkədə yaşayan vətənsizlər, Azəri vətən övladlarına baxın və utanmayın, sizdə üz yoxdur!” yazılıb. 

Diaspora