Kəlbəcərdə ordumuza məxsus “Ural”ın vurulması yalandır - Müdafiə Nazirliyi

Kəlbəcərdə ordumuza məxsus “Ural”ın vurulması yalandır - Müdafiə Nazirliyi backend

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Qazilər.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.