Tanınmış Qarabağ qazisi vəfat edib

Tanınmış Qarabağ qazisi vəfat edib backend

Tanınmış Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin I müavini Kamil Şirinov vəfat edib.

K.Şirinovun ailəsindən QAZİLER.AZ saytına daxil olan məlumata görə, Qazi koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, K.Şirinov 1964-cü ildə İmişli rayonunda andan olmuşdu. Azərbaycan ordusunun yaranmasında iştirak edib. Məşhur “Şıxov” batalyonunu ilk könüllülərindən olub. Ağır və şərəfli bir döyüş yolu keçib, yaralanıb.

 

O, vətənpərvər, millətsevər bir insan olaraq daima Şəhid ailələrinin, Qazilərin və veteranların hüquqlarının müdafiəsinə qalxıb.

 

K.Şirinovun ölümü bütün döyüşçüləri sarsıldıb! Allah rəhmət eləsin!

 

“Qarabağ qaziləri” ictimai birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun və Qaziler.az saytının kollektivi Kamil Şirinovun ölümündən kədərləndiyini bildirir, onun yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

Allah rəhmət eləsin!

QAZİLER.AZ

Diaspora