"Kiflənmiş, qoxumuş nimdaş personları sağ ikən tarixin zibilliyinə atılmış hesab etməliyik..."

"Kiflənmiş, qoxumuş nimdaş personları sağ ikən tarixin zibilliyinə atılmış hesab etməliyik..." backend

Tanınmış politoloq, professor Qulu Məhərrəmli də Moderator.az-a açıqlamasında Vladimir Jirinovskinin Azərbaycan əleyhinə son sarsaqlamasını öz arşını ilə ölçərək haqlı olaraq onu istismar müddəti başa çatmış zavallı adlandırıb:

"Mənə elə gəlir ki, bizim Jirinovski kimi siyasi təlxəklərin verdiyi bəyanatlara, müsahibələrə, reaksiya verməyimizin zamanı keçib gedib. O qeyri-ciddi bir siyasi fiqurdur, populist adamdır, nə özünün, nə rəhbərlik etdiyi partiyanın Rusiya gerçəkliyində xüsusi bir çəkisi yoxdur. Verdiyi bəyanatlar da həmişə anti Azərbaycan, antiTürkiyə ovqatlı olub. O, sözün bütün mənalarında mahiyyəti itmiş bir zavallıdır. Təbii ki, biz Rusiyanın nüfuzlu siyasi qüvvələri ilə münasibətlərimizi yaxşı saxlamalıyıq. Dövlət Duması ilə işləmələyik, Rusiyanın nüfuzlu siyasi dariələri ilə əlaqələrimiz olmalıdır. Münasibətlərmizi yüksək səviyyədə saxlamaq üçün yeni imkanlar axtarmalıyıq. Ancaq Jirinovski kimi "istismar müddəti başa çatmış" adamların üzərindən bir dəfəlik xətt çəkməliyik. Azərbaycan bütün ölkələrə, o cümlədən Rusiyaya münasibətdə xoşməramlı ölkədir. Bizə qarşı heç bir ölkə, heç bir qüvvə təhdid dili ilə danışa bilməz, artıq bu cür təsir və təzyiq metodları bizim üçün keçərli deyil və sadəcə ikrah doğurur. Biz gələcəyə baxmalıyıq və kiflənmiş, qoxumuş nimdaş personları sağ ikən tarixin zibilliyinə atılmış hesab etməliyik". 

Diaspora