"Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükısizlik və mühafizə qaydaları" mövzusunda təlim keçirilir

"Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükısizlik və mühafizə qaydaları" mövzusunda təlim keçirilir backend

Bu gün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükısizlik və mühafizə qaydaları" mövzusunda təlim keçirilir.

ADA Universiteti, Azərbaycan Respublikası Mediabın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükısizlik və mühafizə qaydaları" mövzusunda təlimi başladı.

Bununla bağlı təlimdə iştirak edən Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu məlumat verib. Onun bildirdiyinə görə, 5 gün ərzində keçiriməsi nəzərdə tutulan təlimdə müxtəlif mövzular müzakirə olunacaq.

Seminar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının Sədri Əflatun Amaşov, Medianın İnkişafı Agentliyinin media subyektləri və Jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırıb.

Qeyd edək ki, 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edəcək.

 

Diaspora