Cari ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Qaziler.az-a bildirilib ki, onlardan 97 min nəfərdən çoxu yaşa görə, 16,5 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.