Azərbaycanlılara işgəncələr verən ermənilərin məhkəmə iclası yekunlaşdı

Azərbaycanlılara işgəncələr verən ermənilərin məhkəmə iclası yekunlaşdı backend

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər son sözlə çıxış ediblər.

Onlar təqsirləndirilən şəxslərin ən ağır cəza - ömürlük azadlıqdan məhrum edilməsini istəyiblər.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Proses avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyənləşdirilməsini tələb edib.