Sumqayıtda Karyera və Şəxsi İnkişaf Mərkəzi fəaliyyətə başlayıB

Sumqayıtda Karyera və Şəxsi İnkişaf Mərkəzi fəaliyyətə başlayıB backend

Sumqayıtdakı “Reduco” Tədris Mərkəzinin nəzdində “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb.


AZƏRTAC xəbər verir ki, yeni mərkəzin məqsədi gənclər üçün ayrı-ayrı istiqamətlər üzrə təlim və seminarların təşkili, onların iş dünyasına hazırlanması və gənclərə iş tapmaqda yardım etməkdən ibarətdir.

Artıq mərkəzdə gənclərin iştirakı ilə “Dövlət qulluğunda karyera” mövzusunda ilk təlim reallaşıb. Tədbirdə 30-dan çox gənc iştirak edib.

Təlimlərdə iştirak etmək istəyən gənclər “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi ilə əlaqə saxlaya bilər.
Diaspora