Qarabağ döyüşçüsü vəfat edib - FOTO

Qarabağ döyüşçüsü vəfat edib - FOTO backend

Qarabağ müharibəsinin iştirakçısı Valeh Rəhimov vəfat edib.

Qaziler.az bildirir ki, Rəhimov Valeh İsa oğlu 1963-cü ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik Şirin Mirzəyevin yaratdığı hərbi hissənin ilk əsgərlərindən olub. Birinci Qarabağ müharibəsində Ağdam - Ağdərə - Xocavənd - Əsgəran- Xankəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Valeh Rəhimovun gəncliyində yaxşı futbol oynaması onu tanıyanların hələ də yadındadır...

Ailəli idi. 4 övladı var.

Keçmiş döyüşçü xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Qarabağ qaziləri" ictimai birliyi müqəddəs Vətən savaşında öndə olmuş keçmiş döyüşçünün vəfatı ilə əlaqədar kədərlədiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Vətən müharibəsinin hər bir iştirakçısı yaddaşlarda yaşayacaq.

Allah rəhmət eləsin!

 

Diaspora