DİN rəsmisi: "Səməd Səmədov yoxlama apardığımız toyda idi və hamıya..." - VİDEO

DİN rəsmisi: "Səməd Səmədov yoxlama apardığımız toyda idi və hamıya..." - VİDEO backend

"İyulun 1-də yoxlama apardığımız paytaxt restoranlarının birində mərhum Xalq artisti Səməd Səmədov iştirak edirdi. Hamıya gözaydınlığı verirdi. O bizə dəstək oldu və COVID-19-la bağlı ictimaiyyətə elan verdi. Lakin onun bu gün həyatını itirməsi koronavirusla əlaqədardır. O, sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da COVID-19 səbəbindən dünyasını dəyişmişdi. Bu, artıq cəmiyyət üçün bir çağırış olmalıdır".

Musavat.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ARB 24 kanalında "İşgüzar səfər" verilişində deyib..

O bildirib ki, toy və digər kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur:

“Ev şəraitində keçirilən 50 nəfərədək olan məclislərdə yenə də sosial məsafənin gözlənməməsi və tibbi maskadan istifadə olunmaması hallarına rast gəlinir. Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də sosial məsafənin gözlənməməsi və qaydalara əməl olunması qeydə alınır. Bunlar cəmiyyətin sağlamlığına yönəlmiş tədbirlərdir. Heç bir halda hökumət maraqlı deyil ki, vətəndaşın şad gününə hansısa inzibati formada müdaxilə etsin. Bu gün yoluxma rəqəmlərinə insanlar etinasız yanaşmamalıdır. Bakıda, Mingəçevirdə, Şəkidə, Şirvanda, Göyçayda peyvənd pasportu olmadığı üçün toya buraxılmayan vətəndaşlarımızın görüntülərini yaydıq. Əgər orada nəzarət və yoxlama tədbiri olmasaydı, həmin şəxslər məclisdə iştirak edəcəkdi və bu da yoluxmanın kəskin artmasına səbəb olacaqdı. Təsadüfi deyil ki, biz toyda aktiv COVID-19 xəstəsi də saxladıq”.

 

Diaspora