Nəqliyyat Nazirliyi qayda pozan avtobus sürücülərinin statistikasını açıqlayıb.QAZİLƏR.AZ-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, il ərzində aparılan araşdırmalar zamanı 23309 sürücünün sükan arxasında telefonla danışması faktı aşkarlanıb.12750 sürücü isə sükan arxasında ola-ola siqaret çəkib.
Ümumilikdə isə 36059 sürücü sükan arxasında qayda pozub ki,nəticədə 221ədəd protokol imzalanıb. Bu cür qayda pozuntularının qarşısının alınması üçün artıq Nəqliyyat Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, il ərzində 200 -dən çox sürücü qayda pozduğuna görə işdən kənarlaşdırılıb və sahibkarlara tapşırıqlar verilib . Artıq sürücü ehtiyat bazasının yaradılmasına başlanılıb. Əgər sürücü bir neçə dəfə qayda pozarsa o zaman həmin sürücü artıq başqa bir xətdə işləyə bilməyəcək. Bu isə qəzaların qarşısını almağa kömək edəcək.Namiq Həsənov həmçinin sürücülərə ingilis dili dərslərinin keçiriləcəyini bildirdi. Bunun üçün isə iki yerdə kurslar təşkil olunub .
Mart ayının 1-dən isə bütün avtobuslarda nəğd ödəniş sistemi yığışdırılacaq. Bundan sonra sürücülərin qarşısına qoyulan plan məsələsi də aradan qaldırılacaq ki, nəticədə avtobusların bir-birini ötməyə çalışması hallarına son qoyulacaq.