Şəhid atası: "Çağırıblar, lap yaxşı, onda get" dedim - VİDEO

Şəhid atası: "Çağırıblar, lap yaxşı, onda get" dedim - VİDEO backend

YAŞAT Fondu şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.

Qazilər.az xəbər verir ki, Fond bu dəfə şəhid Elşad Elman oğlu Zeynallının ailəsinin Lənkəranda yerləşən evinin təmirini həyata keçirəcək.

Şəhidin atası bildirir ki, Vətən Müharibəsi başlayan zaman cəbhəyə yollanan Elşad ailəsi ilə 4 dəfə əlaqə saxlaya bilib. Şəhidin atasının sözlərinə görə, oktyabrın 5-i oğlunun şəhid xəbəri gəlib. Vətən yolunda oğlunu qurban verən Elman Zeynalov vurğulayıb ki, müharibə itkisiz olmur.

Şəhid atası həmçinin evinin təmirini həyata keçirən YAŞAT Fonduna öz təşəkkürünü bildirib.

Bundan əlavə şəhid Kamran Cəlal oğlu Seyfullazadənin anası Ruqiyyə Seyfullayeva şəhid oğlunun evinin təmir edildiyi üçün Fonda minnətdarlıq edib: “Vətən üçün böyütdüyüm Vətənə nəsib oldu”. 

Diaspora