Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana gəlib - FOTO

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana gəlib -  FOTO backend

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana səfərə gəlib.

Qazilər.az xəbər verir ki, Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıblar.

Qeyd edək ki, iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin iştirakı ilə Üçtərəfli Birinci toplantı başlayır.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Diaspora