Azərbaycanın müdafiə naziri Moskva şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edib.
Müdafiə naziri avqustun 1-də Beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.