"Həm şəhid ailələrindən, həm də vicdanlı qələm sahiblərindən üzr istəyin"

"Həm şəhid ailələrindən, həm də vicdanlı qələm sahiblərindən üzr istəyin" backend

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin şəhid ailələrinə, qazilərə verilməsi təklifinə və bu haqda sosial şəbəkələrdə gedən müzakirələrə 

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar mərkəzinin rəhbəri İlqar Hüseynli münasibət bildirib.

O, öz feysbuk hesabında bunları qeyd edib:

"Jurnalistlər üçün tikilən binayla bağlı qalmaqala kəskin etiraz edirəm. Hesab etmirəm ki, evlə təminat jurnalistlərin ələ alınmasıdır. Xeyir. Onların da yaxşı, normal mənzillərdə yaşamaq haqqı var. Aldıqları maaşla, qonorarla indiki şərtlər altında ev, mənzil sahibi olmaları imkansızdır. Hamı onlardan tez,operativ, ekstrimal şəraitdə belə xəbər istəyir. Gecə-gündüz çalışan, gözünün nurunu korrektəyə, redaktətə xərcləyən jurnalist övladlarını kirayədə böyüdür.O imza atanlar bilmirmi bunu?

Toya pul salmaq imkanı olmayan,dost tanışa zəng edən,borc istəyən ləyaqətli jurnalistlərimiz var.Onların haqqı yoxmu normal evlərdə yaşasınlar.O imza atanların bağlarını,villalarını,aldıqları ənamları pula çevirsək neçə bina tikmək olar.

Azərbaycanın sərvətlərini çapıb-talayan məmurların, deputatların, nazirlərin minlərlə mənzilini Şəhid və Qazi ailələrinə paylasaq artıq da qalar. Amma jurnalistləri, Şəhid ailələrilə üz-üzə qoymayın, Ayıbdır. Imzanızı geri çəkin və həm Şəhid ailələrindən, həm də vicdanlı qələm sahiblərindən üzr istəyin!"

 

Diaspora