Ölkədə koronavirusla bağlı son vəziyyət

Ölkədə koronavirusla bağlı son vəziyyət backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5006 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3381 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 684, bu günə qədər isə ümumilikdə 3 975 081 test icra olunub.

Diaspora