Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində səlahiyyət verilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli fərmanında etdiyi dəyişiklikliyə əsasən Ədliyyə Nazirliyinə qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarət orqanı statusu verilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini təşkilatlara münasibətdə bu sahədə nəzarəti həyata keçirəcək.