Kəlbəcərdə şəhid olan gizirimiz dəfn edildi - FOTO

Kəlbəcərdə şəhid olan gizirimiz dəfn edildi -  FOTO backend

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqan rayonunda dəfn olunub.

“Report” Qarabağ Mərkəzinin məlumatına görə, dəfn mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid Beyləqan rayonu Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Diaspora