“Qarabağ qaziləri” ictimai birliyi cəbhə bölgəsində xidmət göstərən jurnalistləri 22 iyul milli mətbuat günü münasibəti ilə təltif edib.
Qazilər.az bildirir ki, bu barədə birliyin yaydığı açıqlamada məlumat verilib.
Məlumatda bildirilir ki, uzun illərdir müxtəlif mətbuat orqanlarının cəbhə bölgəsində çalışan əməkdaşları həmişə təhlükə altında fəaliyyət göstəriblər. Onların atəş altında əldə edib yaydığı məlumatlar cəmiyyətimizdə informasiya boşluğunun xeyli hissəsini doldurub. Onlar 44 günlük vətən müharibəsində informasiya cəbhəsində də xeyli işlər gördülər. Son döyüşlərdə səmərəli fəaliyyət göstərən Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndələri “Qarabağ qaziləri” ictimai birliyi tərəfindən təltif edilib.
Onların siyahısını təqdim edirik:
Məhərrəm İbrahimov, Abışov Sirac (şəhid olublar), Eyvazov Şöhrət Qulam oğlu, Məmmədov Habil Aslan oğlu, Əkbərov Elnur Tofiq oğlu, Adığözəlov Şamxal Cəlil oğlu, Ağamməmmədov Tahir Əlyar oğlu, Babayev Emin Şakir oğlu, Səlimli Pərviz İmran oğlu, Abdullayev Daşqın Fikrət oğlu, Quliyev Vüsal İnqilab oğlu, Qənbərov Elgün Mərkəz oğlu, İsmayılov Ziya İsmayıl oğlu, Ismayılov Loğman Rafayıl oğlu, Isfəndiyarov Elmin Zöhrab oğlu, Adığözəlov Şamo Cəmil oğlu, Ramin Mehdi, Vəliyev Vicay Cahangir oğlu, Məmmədov Səxavət Maqsud oğlu, Teymur Zahidoğlu, Elgün Gəncimsoy, Tofiq Şahmuradov (hərbi blogger), Süleymanov Rəşad Məhəmməd oğlu (ölümündən sonra).