Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı backend

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Qazilər.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il

31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək,

7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək,

14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək,

21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək,

28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək

ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.