DSMF sədri Vətən müharibəsi şəhidi Ramil Ağayevin ailə üzvləri ilə görüşüb

DSMF sədri Vətən müharibəsi şəhidi Ramil Ağayevin ailə üzvləri ilə görüşüb backend

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olmuş Ağayev Ramil Ağarəhim oğlunun ailə üzvləri ilə görüşüb.

Fonddan verilən məlumata görə, Ramil Ağayevin ailəsinin sosial vəziyyəti öyrənilib.

Görüşdə ailəyə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.

Qeyd edək ki, Ramil Ağayev 13.10.2020-ci il tarixdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.