Deputat qazinin toyunda iştirak etdi - FOTO

Deputat qazinin toyunda iştirak etdi -  FOTO backend

Deputat Vətən müharibəsi qazisinin toy məclisində iştirak edib.

Modern.az xəbər verir ki, bu gün Milli Məcilisin deputatı Aqil Məmmədov Vətən müharibəsi qazisi kapitan Divani Mamedovun toy məclisində iştirak edib. 

Xatırladaq ki, Divani Mamedov Kəlbəcər rayon Şaplar kənd sakinidir. O, Vətən müharibəsində Füzuli, Xocavənd, Hadrut istiqamətlərində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Ərgünəş dağı uğrunda gedən döyüşlərdə isə yaralanıb. Hal-hazırda Laçın rayonunda xidmətini davam etdirir. 

Milli Məcilisin deputatı Aqil Məmmədov qazini ziyarət edən vaxt subay olduğunu bilib və tezliklə toy etməsini tövsiyyə edib.

Eyni zamanda, deputat toyda da mütləq iştirak edəcəyini bildirib. Bu gün baş tutan toyda Aqil Məmmədov öz vədinə əməl edərək toyda iştirak edib.

Diaspora