Ceyhun Bayramov Pakistana başsağlığı verdi

Ceyhun Bayramov Pakistana başsağlığı verdi backend

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanda avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Qazilər.az xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib:

“Pəncab əyalətindəki dəhşətli avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Qəzada ölənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq. Ölənlərin ailələrinə, qardaş Pakistan xalqına başsağlığı veririk”.

Xatırladaq ki, bu gün səhər Pəncab əyalətində magistral yolda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər isə xəsarət alıb.