Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 869 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.