“Azərbaycan” qəzetinin şöbə redaktoru vəfat etdi

“Azərbaycan” qəzetinin şöbə redaktoru vəfat etdi backend

Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.

 

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Onun ölmünə səbəb insult keçirməsi olub.

 

Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi...

 

Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

 

Jurnalistikadakı fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub.

Diaspora