Xalq artisti Flora Kərimovaya ağır itki üz verib.
Qazilər.az baku.ws-ə istinadla xəbər verir ki, sənətçinin qardaşı Akif Kərimov dünyasını dəyişib.
Bu haqda Xalq artistinin köməkçisi Yaqut məlumat verib:
“Flora xanımın qardaşının vəfatı ilə bağlı yayılan xəbərlər doğrudur. Akif bəy 8 ay idi xəstə yatırdı. Mərhum xərçəng xəstəliyindən dünyasını dəyişib”.
Qeyd edək ki, Xalq artistinin qardaşı Akif Kərimovun 74 yaşı var idi.