Prezidentin təyin etdiyi 4 səfir kimdir? - Rəis, konsul, müşavir...

Prezidentin təyin etdiyi 4 səfir kimdir? -  Rəis, konsul, müşavir... backend

İyulun 16-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 4 ölkəyə fövqəladə və səlahiyyətli səfir təyin edilib. 

Qazilər.az xəbər verir ki, Ülvi Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri  təyin olunub. O, bundan əvvəl Azərbaycan Respublikasının Polşa Federasiyasındakı səfirinin müşaviri olub. 

Ağalar Atamoğlanov isə Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  A.Atamoğlanov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müşaviri vəzifəsini tutub.

Xəzər Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. X. Fərhadov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu vəzifəyə kimi Ə.Əsgərov Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi olub. Diplomat həmçinin uzun illər Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu olub.  

Hər dörd şəxs Azərbaycan Prezidentinin sərəncamı ilə diplomatik rütbə verilib, həmçinin medal və fəxri adlarla təltif edilib.

Qaynarinfo.az