Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə bir gəncin narkotik istifadəçisi olması barədə valideynləri tərəfindən müraciət edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, verilən məlumat əsasında polis əməkdaşları tərəfindən həmin gəncin narkotik istifadəçisi olub-olmamasını müəyyənləşdirmək üçün onun Narkoloji Mərkəzdə müayinədən keçməsi təmin edilib və laborator analizlərin nəticəsindən sonra həmin gəncin narkotik istifadəçisi olduğu məlum olub.
İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb. Yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.
