Tofiq Yaqublunun ev dustaqlığı ləğv olundu, o, azadlığa buraxıldı

Tofiq Yaqublunun ev dustaqlığı ləğv olundu, o, azadlığa buraxıldı backend

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu azadlığa buraxılıb.

Bu barədə “Report”a vəkil Aqil Layıc məlumat verib.

O bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib:

“Həmçinin cəzasının çəkilməyən hissəsi 2 il 6 ay sınaq müddəti tətbiq olunmaqla dəyişdirildi”.