"Rusun arxasında gizlənib ərazilərimizi atəşə tutanların yaddaşını yeniləmək zamanı çatıb"

"Rusun arxasında gizlənib ərazilərimizi atəşə tutanların yaddaşını yeniləmək zamanı çatıb" backend

Son günlərdə həm Ermənistan silahlı qüvvələrinin həm Azərbaycan ilə sərhəddən, həm də Qarabağın müvəqqəti rus sülhməramlılarının nəzarətində olan ərazilərdən atəşkəsi pozması halları mütəmadi xarakter alıb.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin əvvəlcə Ağdam, sonra Şüşa, sonda isə Naxçıvanda yerləşən mövqelərimizi atəşə tutması, Ermənistanın üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək niyyətində olmadığını aşkar şəkildə nümayiş etdirir. Bu təxribatlar birmənalı olaraq Ermənistanın münaqişəni yenidən alovlandırılmaqla digər dövlətləri münaqişəyə cəlb etmək məqsədi də daşıyır. Maraqlısı odur ki, münaqişənin nizamlanmasına məsuliyyət daşıyan Rusiya sülhməramlıları indiyə qədər nəinki hadisələrin qarşısının almağa, hətta baş verənlərə  münasibət bildirməyə cəhd etməyib. Bu isə işğalçı ölkənin cəsarətlənməsinə şərait yaradır. Ermənistanın atəşkəsi pozmasından bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq, Rusiya tərəfi də onların nəzarət etdiyi ərazidə baş verən hadisə ilə adekvat adım atmayıb. Rusiya sülhməramlıları ermənilərinin son fəaliyyətlərinə göz yummaqda davam edibr.  Bu susqunluq nəticəsində ermənilər artıq  Azərbaycanın 2 hərbi qulluqçusunun yaralanması ilə vəziyyəti kifayət qədər gərginləşdirməyə nail olub.  

 

Ermənistan Müdafiə Nazirliyinin atəşkəsi pozmaqda əsas məqsədi dünyanın diqqətini regiona cəlb etməkdən, mükün olarsa əlavə qüvvələri nizamlanma proseslərinə cəlb etməkdən ibarətdir. Ermənistanın bu fəaliyyətlərinin məqsədyönlü olması heç bir şübhə doğurmur. Çünki, Ermənistan hərbi rəhbərliyi yaxşı anlayır ki, Azərbaycan tez ya gec bu təxribatlara layiqli cavab verəcək. Bu isə Ermənistanın “nəyin bahasına olursa olsun, Azərbaycan atəşi ilə rus sülhməramlıları arasında itkiyə nail olmaq” məqsədlərinə cavab verir. Ermənistan ordusu real vəziyyətdə bərbad bir vəziyyətdədir və Azərbaycana  ordusuna qarşı müqavimət göstərmək imkanına malik deyil. Deməli Ermənistanı atəşkəsin pozulmasına təhrik edən qüvvələr var. Burada ağıla ilk gələn Rusiya hərbi kontingentidir. 

 

Azərbaycan trəfinin atəşi ilə rus əsgərinə xəsarət yetirilməsi üzrə fəaliyyət, hazırda erməni silahlılarının əsas prioritetidir və bunun üçün əllərindən gələni ediblər, edirlər və edəcəklər. Bu təxribatçı fəaliyətlər cavabsız qaldıqca düşmən həddini aşır, azğınlaşır və daha da cəsarətlənir. Eyni addımları ermənilər tərəfindən bir il əvvəl Tovuz istiqamətində də atılmışdı. Nəticəsi isə Ermənistan ordusunun darmadağın edilməsindən və Qarabağın 10000 kv. km ərazisindən işğalçıların it kimi qovulmasından ibarət oldu. İndi isə rusun arxasında gizlənməklə ərazilərimizi yenidən atəşə tutan ermənilərin yaddaşını  yeniləmək zamanı çatıb. Çünki ulu tanrının bizə qismət etdiyi bu üzdəniraq qonşuların başına yumruq dəyməsə,  alçaldılıb yerə uzadılmasa, Azərbaycan himnini və rayonlarının adlarını əzbərləməsələr,  yerli məhkəmələrdə quzuya dönməsələr, adam ola bilmirlər.  

 

Rusiya sülhməramlılarının funksiyalarını Birgə Bəyanatın şərtlərinə uyğun yetirməsi isə bağlı hər birimiz narahatıq. Əgər Rusiya sülhməramlıları Bəyanatın 4-cü bəndini, yəni Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılmasını zamanında təmin etsəydi, bu gün Azərbaycan  Ordusunun hərbi qulluqçuları yaralanmazdı. Odur ki, bu hadisədə Rusiya sülhməramlıları erməni silahlılarının  Azərbaycan torpaqlarından çıxarılmasını qısa müddətdə başa çatdırmalıdır. Əks halda Azərbaycan nə sərhədlərindən, nə də öz ərazilərindən açılan atəşlə itkilərə məruz qalması ilə barışmayacaq. Digər bir sual isə ermənilərin istifadəsində olan silahlarla bağlıdır. Silah istehsalı üçün sənaye potensialına malik olmayan Xankəndi seperatçıları bu qədər silah və sursatı kimdən alır? Əslində Azərbaycan əsgərini yaralayan sursatların Xankəndinə çatdırılması marşrutu hər kəsə məlumdur. 

 

Sülhməramlı adlandırılan kontingent gah terror dəstələrinin Laçın dərlizindən Azərbaycana keçməsinə göz yumur, gah özünüzə aid olmayan tikinti işlərinə baş qoşur, gah da hər 10 rus əsgərinə az qala bir kazarma tikirsiniz. Belə olan halda günahkarı rus və ermənilər öz aralarında axtarmalıdır. 

 

Qarabağın Azərbaycan ərazisi olduğunu Rusiya ən yüksək səviyyədə dəfələrlə təsdiqləyibsə, o zaman sülhməramlılar həm birbaşa, həm də dolayısı ilə nəzarətində olan ərazilərdən açılan atəşlə Azərbaycan ordusunun hərbi qulluqçularının yaralanması faktlarına adekvat reaksiya verməlidir. Əks halda Azərbaycan həmin atəş nöqtələrini və digər təhdid törədə biləcək əraziləri qısa müddət ərzində erməni silahlılarından təmizləmək hüququnu özündə saxlayır. Zərurət yarandığı təqdirdə Azərbaycan Ordusu həmin əraziləri tam nəzarətə götürə bilər. Buna kimsənin şübhəsi olmamalıdır. 

Ədalət Verdiyev, hərbi ekspert

moderator.az