Qənirə Paşayeva türkiyəli ziyalılarla görüşdü

Qənirə Paşayeva türkiyəli ziyalılarla görüşdü backend

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin tanınmış jurnalisti Sabiha Doğan və Demokratiya Dərnəyinin İğdır təmsilçisi, pedaqoq Hayrunnisa Bakqıranla görüşüb.

Qazilər.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsində baş tutan görüşdə ölkələrimizin qadın təşkilatları, yaradıcı qurumları arasında əlaqələrin mövcud vəziyyəti müzakirə olunub.

Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin güclənməsinin bütövlükdə türk dünyasına töhfə olduğu vurğulanıb.

Qənirə Paşayeva Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının birmənalı şəkildə Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşün sonunda Q.Paşayeva qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.